Çinin Sincan-Uyğur Muxtar vilayətinin Hoten bölgəsinin Quma mahalında çinli hərbçilərin evə təşkil etdikləri basqın zamanı güclü partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə Azad Asiya radiosu məlumat yayıb. Hadisə nəticəsində hərbçilərdən 4-ü ölüb. Hücum zamanı evdə heç kimin olmadığı, lakin üzəri örtülən çuxurun açılması nəticəsində partlayışın baş verdiyi bildirlib. Ölənlər arasında Guma mahalının rəhbəri Qayret Mahmudun da olduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB