ABŞ-ın Oklahoma ştatının Tulsa şəhərində polis qaradərili vətəndaşı güllələyib. Axar.az xəbər verir ki, şübhəli şəxs kimi təqib olunan və maşınından endirilən 40 yaşlı Terense Krutçer polis tərəfindən öldürülüb. O, əlini qaldırıb təslim olsa da, polis atəş açıb. Nəticədə Krutçer hadisə yerində həyatını itirib. Qeyd edək ki, bu, ABŞ-da 2016-cı ildə öldürülən 160-cı qaradərili vətəndaşdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB