Rusiya Ukrayna XİN-ə etiraz notası verdi

Rusiya Ukrayna XİN-ə etiraz notası verdi

Rusiyanın Kiyevdəki səfirliyi Ukrayna Xarici İşlər Nazirliyinə etiraz notası verib. RİA "Novosti" agentliyinin verdiyi məlumata görə, notada sentyabrın 17-də gecə Rusiyanın Kiyevdəki səfirliyinə hücumla bağlı araşdırma aparılması və diplomatik missiyanın təhlükəsizliyinin təmin olunması tələb olunur. Qeyd edək ki, Rusiyanın Kiyevdəki səfirliyi sentyabrın 17-də gecə naməlum şəxslərin hücumuna məruz qalıb.

Məlumata görə, 20-dək naməlum şəxs diplomatik missiyanı fişənglərdən atəşə tutub, sonra isə hadisə yerindən qaçıb. Hadisə nəticəsində zərərçəkən olmayıb, binaya da ciddi ziyan dəyməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə