Nikaraquada 5,4 bal gücündə zəlzələ olub

Nikaraquada 5,4 bal gücündə zəlzələ olub

Avropanın Aralıq dənizi seysmoloji mərkəzinin məlumatına görə, Nikaraqua sahillərində 5,4 bal gücündə zəlzələ baş verib. RİA Novosti informasiya agentliyi xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 23:57-də (Bakı vaxtilə 09:57) qeydə alınıb. Zəlzələnin episentri paytaxt Manaquadan 42 kilometr şimal-qərbdə, zəlzələ ocağı yerin beş kilometr dərinliyində yerləşib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə