Suriyalı kürdlərin gələcəyindən narahatam. PYD kürdlərin yaşadığı bölgəni tam nəzarətə götürərək PKK-nın siyasətini yürüdür.
Axar.az xəbər verir ki, bunu Şimali İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani Fransanın "Le Monde" qəzetinə açıqlamasında deyib. "PYD digər ünsürlərin dəstəyini cəmləşdirə bilmədi. Bölgəyə uyğun siyasət yürüdülmədi. Hələ də Suriya rejiminə dəstək verir. Bölgədəki kürdlərin gələcəyini düşünmədən hərəkət edirlər. Onların gələcəyi qaranlıqdır", - Bərzani bildirib. Kürd lider onu əlavə edib ki, təmsil etdiyi hökumətin Mosula girmək barədə fikirləri yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB