Ollandın qızını ev alqı-satqısında aldatdılar

Ollandın qızını ev alqı-satqısında aldatdılar

Fransa Prezidenti Fransua Ollandın qızı Flora Olland ev alqı-satqısı zamanı aldadılıb. Axar.az xəbər verir ki, 24 yaşlı Flora Olland Parisdə kirayə ev tutmaq üçün razılaşdığı şəxs tərəfindən dələduzluğa məruz qalıb. Prezidentin qızı yeni tədris ili üçün Parisdə 40 kvadratmetrlik bir ev bəyənir və ev sahibi ilə aylıq 1200 avroya razılaşır. Pul hesaba köçdükdən sonra ev sahibini tapmaq mümkün olmayıb. Ollandın qızı həmin şəxsi məhkəməyə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə