PYD və İŞİD-i məhv etmək üçün nə lazımdırsa, edəcəyik. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı təbrikində deyib. "Bu gün Türkiyə 15 iyul səhərindən daha güclü, daha qərarlı və daha dinamikdir. Millətimiz çevrilişlə, terrorla dövləti ələ keçirə biləcəyini hesab edənlərə açıq mesaj verib. Türkiyə 2013-cü il hədəflərinə çatmaq üçün qətiyyətlə yoluna davam edir", - Ərdoğan mesajında deyib.
Ərdoğan Türkiyənin Suriyada İŞİD və PYD-yə qarşı həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatından da danışıb: "İlk baxışda rəqib kimi görünən bu təşkilatlar əslində Türkiyəyə qarşı birgə hərəkət edirlər. PKK tarixinin ən ciddi itkilərini vermək bahasına apardığı bu qanlı aksiyalarda məğlubiyyətə uğrayıb. Artıq region əhalinisinin də narazı olduğu bu təşkilat küncə sıxılmaqdadır. Təhlükəsizlik qüvvələrimiz və regiondakı qardaşlarımızla əl-ələ verərək Türkiyəni PKK bəlasından xilas etməkdə qətiyik. İŞİD adlı təşkilatı həm Suriyada məhv etmək, həm də ölkəmizdə terror törətməsinin qarşısını almaq boynumuzun borcudur. "Fərat qalxanı" bunun ilk addımıdır. Ölkə və millət olaraq varlığımızı təhdid edən bütün təşkilatları, arxalarında kim olursa olsun, yox etmək üçün nə lazımdırsa, edəcəyik. Bizi bu yoldan kimsə döndərə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB