İsrail Hərbi Qüvvələri Qolan təpələrində Əsəd rejiminə aid bəzi hərbi hədəfləri bombalayıb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adri məlumat verib. Onun sözlərinə görə, Suriyadan gələn raket zərbələrinə qarşılıq olaraq sözügedən bölgə hədəf alınıb:
"Hücumlar zamanı ölən, yaxud yaralanan olmadı. İsrail bu hücumları bağışlamayacaq. Torpaqlarımızın suverenliyini pozan bu hücumlara qarşı amansız olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB