Əvvəlcə Obamanı təhqir etdii, bu dəfə Pan Gi Munun “dərsini verdi”

Əvvəlcə Obamanı təhqir etdii, bu dəfə Pan Gi Munun “dərsini verdi”

BMT Baş katibi Pan Gi Mun bir neçə həftə öncə Filippində insan haqlarının pozulması ilə bağlı açıqlama verib. Mən isə deyirəm ki, o axmaqdır. Axar.az xəbər verir ki, bu sözləri bir neçə gün öncə Obamanı təhqir etməsi ilə dünya gündəmini dəyişən Filippin Prezidenti Rodrigo Duterte deyib. O, bir daha ABŞ Prezidenti Obamanı təhqir etməsi məsələsinə toxunub və sözlərinin düzgün anlaşılmadığını bildirib: "Mən Obama ilə görüşə hazır idim və ondan cavab gözləyirdim. Mən dedim ki, heç vaxt elə söz işlətməmişəm, yoxlaya bilərsiniz". Duterte bildirib ki, bu sözü heç də Obamanın ünvanına işlətməyib: "Mənim ABŞ ilə savaşmaq niyyətim yoxdur".

Ancaq BMT Baş katibi Pan Gi Munu axmaq hesab etdiyini bir daha vurğulayıb: "Çünki Filippin hakimiyyətinin narkotiklərə qarşı radikal mübarizəsini o, insan haqlarının pozulması ilə qarışdırır".

Xatırladaq ki, Duterte sentyabrın 5-də Obamanı "küçüyün oğlu" adlandırmışdı, sonradan isə sözlərinin düzgün anlaşılmadığını bildirmişdi. Bu sözlərə görə Obama ilə rəsmi görüş ləğv edilsə də, Obama ilə Duterte Laos sammitində qeyri-rəsmi görüşmüşdülər.

Bütün xəbərlər Facebook səhifəmizdə