Serj Sarkisyan əleydarları İrəvanda mitinq keçirib

Serj Sarkisyan əleydarları İrəvanda mitinq keçirib

Ermənistan paytaxtı yenə Serj Sarkisyan əleydarlarının etirazları ilə silkələnib. Belə ki, İrəvanın Azadlıq meydanında növbəti dəfə mitinq keçirilib. Axar.az erməni mediasına istinadla xəbər verir ki, aksiya iyul ayında polis məntəqəsini ələ keçirməklə tanınan "Sasna çrer" silahlı qruplaşmasına dəstək məqsədi daşıyıb. Nümayişçilərin sözlərinə görə, onlar şəhər küçələrində yürüşlə "Sasna çrer"ə dəstəyi davam etdirəcəklər.

Xatırladaq ki, "Sasna çrer"ə dəstək aksiyası İrəvanın mərkəzində hər həftənin 5-ci günü keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə