Kaxa Kaladze də istefa verdi

Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze dünən axşam vəzifəsindən istefa verib. Buna səbəb onun oktyabrın 8-də keçiriləcək parlament seçkilərində iştirak etməsidir. Kaxa Kaladze hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyasının baş katibidir.

Hakim partiya yerli qanunvericiliyə uyğun olaraq bu gün namizədlərinin siyahısını açıqlayıb. Kaladze bu siyahıda ikinci yerdədir.

Qanunvericiliyə görə, parlament seçkilərində iştirak edən şəxs dövlətdə və ya hökumətdə məsul vəzifə tuta bilməz. Kaxa Kaladze ilə yanaşı, kənd təsərrüfatı naziri Otar Daneliya da dünən vəzifəsindən istefa verib. O.Daneliyanın namizədliyi hakim partiya tərəfindən mojaritar qaydada irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə