"Bölgədə istənilən separatçılığa qarşıyıq"

"Bölgədə istənilən separatçılığa qarşıyıq"

"Report" "Mehrnews"a istinadən xəbər verir ki, bu açıqlama ilə İranın Ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin baş müşaviri, keçmiş xairic işlər naziri Əli Əkbər Vilayəti Fransa parlamentinin Aşağı Palatasının (Milli Assambleya) sədri Klod Bartolome ilə dünən keçirilən görüşdə çıxış edib. "Separatçılıq müharibələrin davam etməsinə və bütün dünyada sülhün qorunmasına maneədir",- deyə Ə.Vilayəti vurğulayıb. Görüşdə iki ölkə arasında münasibətlərin normallaşması və terrorçuluğa qarşı mübarizə məsələlərindən söz açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə