Türkiyədə 15 iyul qiyam cəhdi ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində FETÖ şəbəkəsinin "Məhrəm imamlar" qruplaşmasının 60 üzvü həbs edilib. Axar.az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində sözügedən şəxslərin kəşfiyyat, polis və hərbi sahələrlə bağlı təbliğat apardığı məlum olub. Bundan əlavə, "məhrəm imamlar"ın şəbəkənin təhlükəsizlik məsələlərinə də cavabdeh olduğu bildirilib.
Qeyd edək ki, sözügedən qruplaşma ilə bağlı aparılan yoxlamalarda 112 nəfər saxlanılmışdı. Lakin sonradan onlardan 52-nin günahsız olduğu sübuta yetirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB