Güclü leysan yağışlar Meksikada təbii fəlakətə yol açıb. "RİA Novosti" agentliyinin verdiyi məlumata görə, leysan yağışın yol açdığı dağıntılar səbəbindən Meksikanın müxtəlif ştatlarında ən azı 4 nəfər həyatını itirib. Çyapas ştatında Tustla-Quterres şəhərində 3 nəfər ölüb. Şəhərdə iki ev dağılıb, körpü çöküb, 75 avtomobilə ziyan dəyib. Hakimiyyət su basan zonadan ailələri evakuasiya edib. Xalisko ştatında Kasimiro-Kastilo şəhərində isə 1 yaşlı şəxsi su axını aparıb. Yaşlı şəxsin cəsədi axtarışlardan sonra tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB