Binəli Yıldırım: “Türkiyə antiterror qanunvericiliyini dəyişməyəcək”

Binəli Yıldırım: “Türkiyə antiterror qanunvericiliyini dəyişməyəcək”

Türkiyənin baş naziri Binəli Yıldırım dünən Avropa Parlamentinin rəhbəri Martin Şultsla birgə keçirdiyi mətbuat konfransında maraqlı bəyanatla çıxış edib. Türkiyə mətbuatının yazdığına görə, Baş nazir, Türkiyə Aİ-nin vizasız rejimə keçid üçün mühüm şərt kimi irəli sürdüyü tələbinə cavabında antiterror qanunvericiliyini dəyişməyəcəyini bəyan edib:

"Bizim terrorla mübarizəmiz Avropanın özünün də təhlükəsizliyinə zəmanətdir. Bugünkü şəraitdə, terrorla bu cür intensiv savaş getdiyi bir zamanda, qanunvericilikdə hər-hansı dəyişiklik etmək mümkünsüzdür. Bu bizim üçün ölüm-dirim məsələsidir. Digər məsələlərdə isə biz heç bir çətinlik görmürük", - deyə Yıldırım qeyd edib. Maraqlıdır ki, M.Şults isə, öz növbəsində Aİ-nin əvvəlki mövqeyini yenidən təkrarlayıb: "Viza liberallaşdırılması yalnız Türkiyənin terrorla mübarizəyə dair qanunvericiliyinin dəyişməsindən sonra mümkündür".

Bütün xəbərlər Facebook səhifəmizdə