Türk ordusu “Fərat Qalxanı” əməliyyatının 2-ci mərhələsinə başlayıb

Türk ordusu “Fərat Qalxanı” əməliyyatının 2-ci mərhələsinə başlayıb

Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu Çobanbəy ilə Cerablus arasındakı əraziləri ələ keçirmək üçün "Fərat Qalxanı" əməliyyatının 2-ci mərhələsinə başlayıb. Axar.az xəbər verir ki, 90 kilometrlik ərazinin 39-na artıq müxaliflərin nəzarət etdiyi açıqlanıb. Məlumata görə, Sabuniyə, Qərbi Şeynat və Telşine kəndləri İŞİD-dən geri alınıb. Qeyd edək ki, türk ordusu 9-cu gündür ki, Suriyada hərbi əməliyyat aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə