Rəsmi Ankara ABŞ hakimiyyətinə ultimatum verdi!

Rəsmi Ankara ABŞ hakimiyyətinə ultimatum verdi!

Rəsmi Ankara Türkiyənin Suriyada keçirdiyi "Ərəfat qalxanı" əməliyyatına dair Ağ Ev nümayəndəsinin tənqidi bəyanatını yolverilməz adlandırıb və bu mövqeyini ABŞ-ın ölkədəki səfirinə çatdırıb. "RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə TÜrkiyə XİN-in mətbuat katibi Tanju Bilqiç bildirib.

Qeyd edək ki, ABŞ hakimiyyəti Türkiyə ordusunun Suriyadakı kürd silahlı dəstələrinə zərbələr endirməsini pisləyərək, diqqətini daha çox İŞİD-lə mübarizəyə yönəltməyə çağırıb. ABŞ prezidentinin müşaviri Ben Rods bildirib ki, Barak Obama türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla sentyabrın 4-də baş tutacaq görüşdə Türkiyənin Suriyaya müdaxiləsini və Suriyanın "demokratik qüvvələrinə" qarşı addımlarının tənqid etmək niyyətindədir.

"Bu cür bəyanatlar yolverilməzdir və Ankara-Vaşinqton müttəfiq münasibətlərinə uyğun deyil. Əməliyyat, Türkiyənin milli təhlükəsizliyinə yönəlmiş təhdidlər aradan qaldırılanadək, davam etdiriləcək. ABŞ-la razılaşmamıza əsasən, Suriyadakı kürd silahlı dəstələrinin Ərəfatdan şərqə doğru çəkilməsini gözləyirik", - deyə Tanju Bilqiçin yazılı bəyanatında bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə