Putin Çində Argentina və Türkiyə prezidentləri ilə görüşəcək

Putin Çində Argentina və Türkiyə prezidentləri ilə görüşəcək

Rusiya Dövlət başçısı Vladimir Putin 3 sentyabr tarixində Çində Argentina Prezidenti Maurisio Makri və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

"Çinə səfər zamanı iki görüş nəzərdə tutulub. Birinci görüş Argentina Prezidenti Maurisio Makri ilə gözlənilir. Bu, Makrinin prezidentiliyi dövründə Putinlə ilk görüşüdür. Bundan sonra isə, Rusiya lideri Ərdoğanla bir araya gələcək". Uşakov türk liderlə Putinin 9 avqustda Sankt-Peterburda görüş keçirdiyidiyinə də xatırladıb: "İkitərəfli əlaqələrdə normallaşma prosesi gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə