Filippində "Maute" qruplaşması ölkənin cənubundakı Maravi şəhərində həbsxanaya hücum edib. SİA "Frans-Presse"ə istinadla xəbər verir ki, bir həftə əvvəl həbs edilmiş "Maute" qruplaşmasının 8 üzvü, həmçinin müxtəlif cinayət əməllərinə görə məhkum edilmiş 20 məhbus həbsxanadan qaçıb. Qeyd edək ki, "Maute" qruplaşması bir müddət əvvəl İŞİD terrorçu qruplaşması ilə müttəfiq olduğunu bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB