Hindistanda sürət qatarı relsdən çıxdı, 30 nəfər yaralandı

Hindistanda sürət qatarı relsdən çıxdı, 30 nəfər yaralandı

Hindistanda daha bir faciəli hadisə baş verib. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, 12 vaqonlu sərnişin sürət qatarı relsdən çıxıb. Hadisə ölkənin cənubunda, Kerala ştatında baş verib. Belə ki, Trivandrum şəhərindən Manqalor şəhərinə gedən 12 vaqonlu sərnişin qatarı yolların dağılması səbəbindən relsdən çıxıb. Hadisə nəticəsində 30-dan çox sərnişin xəsarət alıb. Xoşbəxtlikdən vaqonlar aşmayıb, lakin digər yollar zədələnib.

Hazırda fəhlə briqadaları hazırda hadisənin nəticələrini aradan qaldırır.

Bütün xəbərlər Facebook səhifəmizdə