Ukraynada rusiyalı jurnalist, "Yeni Region" agentliyinin təsisçisi Aleksandr Şetinin cəsədi tapılıb. APA-nın verdiyi məlumata görə, başında güllə yarası olan jurnalistin cəsədi Kiyevdəki mənzilinin eyvanında aşkar edilib. A.Şetinin cəsədini ilk olaraq onun ad gününü təbrik etmək üçün mənzilinə gələn dostları aşkarlayıb. Cəsədin yaxınlığında jurnalistin ölümündən əvvəl yazdığı məktub, travmatik tapança və giliz tapılıb. Jurnalistin intihar etdiyi ehtimal olunur. Polis araşdırma aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB