Avropa ŞOKDA: Şotlandiya da hicaba “hə” dedi

Avropa ŞOKDA: Şotlandiya da hicaba “hə” dedi

Daha bir Avropa ölkəsində hicab məsələsi gündəmə gəlib. "The Independent" qəzeti yazır ki, Şotlandiya polisində dini etiqadı islam olan polis qadınlar üçün hicab hüquq-mühafizəçisinin uniformasının rəsmi icazə verilmiş elementi oldu. Belə qərarın məqsədi bu ixtisası müsəlman qadınlar üçün maraqlı etmək və yeni kadrlar cəlb etməkdir. Daha öncə hicab bağlamaq üçün polis qadınlar yüksək rütbəli zabitdən xüsusi icazə almalı idilər. Hakimiyyətin bu yanaşması Şotlandiyanın müsəlman polisləri tərəfindən müsbət qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə