Kerri və Lavrovun görüşü yarımçıq qalıb

Kerri və Lavrovun görüşü yarımçıq qalıb

ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Cenevrədə keçirilən görüş müvəqqəti olaraq dayandırılıb. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, görüşdə BMT baş katibinin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Stafan de Mistura da iştirak edib. "Onlar fasiləyə çıxıb, görüş daha sonra bərpa olunacaq", - deyə mənbə bildirib. Jurnalistlər isə Kerrinin görüş keçirilən oteli tərk etdiyini görüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə