Kerri: “PYD / YPG gücləri Firatın şərqinə çəkilir”

Kerri: “PYD / YPG gücləri Firatın şərqinə çəkilir”

ABŞ dövlət katibi Con Kerri ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Kerri PYD/YPG güclərinin Firatın şərqinə çəkilməkdə olduğunu deyib. Kerrinin istəyi ilə baş tutan telefon danışığı zamanı Suriyada qarşıdurmanın dayandırılması, davamlı atəşkəsin təmin edilməsi və ölkənin gələcəyinə istiqamətində fikir mübadiləsi aparılıb.Cerablus əməliyyatını da müzakirə edən tərəflər, bu məsələdə iki ölkə arasındakı əməkdaşlığın davam etməsində razılıqlarını qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə