Rusiya İstintaq Komitəsi Ukraynanın müdafiə naziri Stepan Poltoraka, Baş qərargah rəisi Viktor Mujenko və bir sıra digər yüksək çinli hərbçilərə cinayət işi açıb. SİA bu barədə RİA-Novosti agentliyinə istinadən xəbər verir. Cinayət işi Donbasda müharibə zamanı qadağan olunmuş üsullarından və metodlardan istifadə edilməsi işi çərçivəsində açılıb. İstintaq Komitəsinin məlumatında deyilir ki, dinc əhaliyə qarşı qeyd edilən hərəkətlərin Ukraynanın hərbi rəhbərliyinin- müdafiə naziri Stepan Poltorak, Baş qərargah rəisi Viktor Mujenko, Quru qoşunların keçmiş komandiri Anatoli Puşnyakov, hazırkı komandir Sergey Popko, Milli Qvardiyanın rəhbəri Yuri Allerovanın əmri ilə törədilməsinə dair kifayət qədər məlumatlar əldə edib. Ukraynalı hərbçilərə qarşı "müharibə zamanı qadağan edilmiş vasitələrdən və metodlardan istifadə edilməsi" maddəsi üzrə cinaytət işi açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB