Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan dünən Ankarada səfərdə olan İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə İŞİD və PKK terror qruplaşmaları ilə mübarizəni müzakirə edib. Bu barədə "Röyters" Türkiyə Prezidenti Administrasiyasındakı mənbələrinə istinadən xəbər verib. Məlumata görə, Ərdoğan və Barzani həmçinin İraqın kürd muxtariyyəti ərazisində Fətullah Gülənlə əlaqəli olan təhsil müəssisələrinin bağlanmasını müzakirə ediblər. Qeyd edək ki, Bərzani sonuncu dəfə Türkiyəyə 2015-ci ilin dekabrında səfər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB