Macar nazir: “Türkiyə Avropa üçün çox önəmlidir”

Macar nazir: “Türkiyə Avropa üçün çox önəmlidir”

Türkiyədə demokratik yolla hakimiyyətə gəlmiş prezident və onun təmsil etdiyi hökumətin FETÖ şəbəkəsinin qiyam cəhdi ilə bağlı atdığı addımlara hörmət edilməlidir. Axar.az xəbər verir ki, bunu Macarıstan Xarici Ticarət və Xarici İşlər naziri Peter Szijarto deyib. "Hərbi çevriliş cəhdi ilə bağlı xaricdən gələn tənqidlər tamamilə zərərlidir. Qiyam çox ciddi məsələdir və bu səbəbdən tutarlı cavabını almalıdır. Türkiyə hökumətinin məsələ ilə bağlı atdığı addımlara hörmət edilməlidir. Unutmamalıyıq ki, Türkiyə Avropa üçün çox önəmlidir", - nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə