Türkiyədə 15 iyul hadisələrindən sonra çox sayda çevriliş cəhdində iştirak edən pilot Silahlı Qüvvələrdən xarici edildi. Hava Qüvvələrindəki pilot çatışmazlığının həlli yolu araşdırılarkən isə Türk Hava Yollarının(THY) bu məsələdə bir iş gördüyü məlum olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir nki, THY İdarə Heyətinin sədri İlkər Ayci 800 pilotun TSQ üçün könüllü ola bildiyini deyib.Onun sözlərinə görə, hava yollarının TSQ mənşəli 800 pilotu var və onların hamısının könüllü olduğunu ifadə edib. Həmçinin, çevriliş cəhdindən 2 gün sonra bir siyahı hazırlayıb Müdafiə Nazirliyinə təqdim etdiklərini də bildirib. İ.Avci deyib ki, TSQ-da ortaya çıxan pilot ehtiyacı məsələsində ABŞ-da olduğu kimi ikitərəfli iş modelinin tətbiq oluna bilməsi mövzusunda müzakirələrə başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB