Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları ölkə ərazisində silsilə terror aktları planlaşdıran radikal qrupun dörd üzvünü saxlayıb. "Report"un xəbərinə görə, bu barədə MTK-nın mətbuat xidməti məlumat yayıb.
"Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları Almatı vilayətində silsilə terror aktları planlaşdıran radikal qrup üzvlərinin yaxalanması üçün xüsusi əməliyyat keçirib", - deyə məlumatda deyilir. Məlumata görə, aralarında Qırğızıstan vətəndaşları da olan qrup üzvlərindən əldəqayırma partlayıcı qurğu hazırlamaq üçün xüsusi avadanlıqlar və dini-ekstremist materiallar götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB