Türkiyə Avropa Komissiyasının bütün tələbləri yerinə yetirsə belə, 2026-cı ildən tez Avropa İttifaqının üzvü ola bilməyəcək. SİA-nın məlumatına görə, bu barədə "İzvestiya" nəşri Aİ-dəki mənbələrə istinadən yazıb.
Məqalədə deyilir ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker, həmçinin ayrı-ayrı üzv ölkələr Türkiyənin Aİ-yə qəbul edilməsinə qarşı çıxırlar. Rusiyanın Aİ yanınakı daimi nümayəndəsi Vladimir Çijov isə bəyan edib ki, yaxın illərdə hər hansı ölkənin Aİ-yə üzv olma şansı yoxdur: "Avropa Komissiyasının sədri Yunker aydın şəkildə bildirib ki, mandatı dövründə Aİ-də genişlənmə olmayacaq. Onun mandatının müddəti isə 2019-cu ildə başa çatır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB