Türkiyə ŞOKDA: 22 ölü, 94 yaralı (YENILƏNIB)

Türkiyə ŞOKDA: 22 ölü, 94 yaralı (YENILƏNIB)

Anadolu informasiya agentliyi partlayış barədə yeni məlumat yayıb. Qaziantep valiliyindən verilən açıqlamada terror aktı nəticəsində 22 nəfərin həlak olduğu, 94 nəfərin isə yaralandığı bildirilir.

01:50

Reuters agentliyinin yaydığı məlumata görə, partlayış nəticəsində azı 8 nəfər həlak olub, 60 nəfər yaralanıb.

01:43

Türkiyənin Qaziantep vilayətində toy mərasimi zamanı terror aktı törədilib. Anadolu informasiya agentliyi xəbər verir ki, hadisə yerinə çox sayda təcili yardım avtomobilləri və polis işçiləri cəlb olunub. Qaziantep valisi Əli Yerlikayanın verdiyi məlumata görə, toy salonunda partlayış baş verib, yaralananlar var. Hakimiyyət orqanları ölənlərin olduğunu da istisna etmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə