General Necdet Özəl: “Cəzalarını çəkəcəklər”

General Necdet Özəl: “Cəzalarını çəkəcəklər”

"15 iyulda çevrilişə cəhd edən hərbçilər Türkiyə Silahlı Qüvvələrinə xəyanət ediblər." Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş Baş Qərargah rəisi general Necdet Özəl söyləyib. Onun sözlərinə görə, bu şəxslərin hamısı Türkiyə vətəndaşlığından çıxarılmalıdır:

"Onlar Atatürk dəyərləri ilə yetişdiriliblər. Həmin şəxslər Türkiyəyə bağlı olacaq formada tərbiyələndirildilər. TSQ-nin vəzifəsi ölkənin konstitusiyalı quruluşunu qorumaqdır. Bunlar Türkiyənin verdiyi şəxsiyyət vəsiqələrinə belə layiq deyillər. Qərar siyasi iradənindir. Cəzalarını çəkəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə