Türkiyə "Türk axını" qaz boru kəmərinin (Turkish Stream) tikintisinə başlamaq üçün Rusiya tərəfi ilə danışıqlara başlayıb. Bu barədə açıqlama ilə Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak "TRT Haber" telekanalına müsahibəsində çıxış edib. Nazir Ankara-Moskva münasibətlərinin əvvəlki səviyyəsinə qayıdacağına ümidvar olduğunu deyib. B.Albayrak ikitərəfli münasibətlərin normallaşmasının hər iki ölkəyə fayda verəcəyini düşünür.
Qeyd edək ki, ötən günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak "Türk axını" layihəsi üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarası sazişin oktyabrda imzalana biləcəyini bildirmişdi. A.Novak həmçinin Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşünü şərh edərkən "Türk axını" üzrə ilk boru kəmərinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanılacağını demişdi.
İyunun 28-də isə Rusiyanın enerji nəhəngi "Gazprom" şirkətinin "Türk axını" layihəsi üzrə Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması üçün dialoqa hazır olduğu bildirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB