"Sərhədsiz həkimlər" humanitar təşkilatı (Medecins Sans Frontieres, MSF) məlumat yayıb. Məlumata görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin avqustun 15-də Yəmənin Hacə əyalətindəki xəstəxanaya endirdiyi aviazərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb. "Ötən gecə Yəmənin şimal-qərbində MSF-in dəstəyi ilə işləyən xəstəxananın zərər çəkdiyi aviazərbədən sonra müəssisəyə yerləşdirilən 5 xəstədən 3-ü dünyasını dəyişib və Hacədə ölənlərin sayı 11 nəfərdən 14-ə yüksəlib", - deyə təşkilatın rəsmi nümayəndəsi Lukas Nef bildirib. O qeyd edib ki, yaralardan ölənlər arasında MSF-in iki əməkdaşı var. İnsident nəticəsində 24 nəfər yaralanıb ki, onlar da müalicələrini müxtəlif xəstəxanalarda davam etdirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB