Fransanın şərqində yerləşən Kann şəhərində polis 10 müsəlman qadını cərimələyib. Axar.az xəbər verir ki, buna səbəb onların ictimai hovuzlarda burkini ilə çimmələri olub. Verilən məlumata görə, xanımlar adam başına 38 dollar cərimə ödəməyə məcbur olublar.
Xatırladaq ki, Fransanın artıq Kann, Sisko və Vilnov-Lube şəhərlərində qadınların xüsusi çimərlik geyimi - burkini ilə ictimai yerlərdə çimməsi qadağa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB