"Suriyanın Hələb şəhərində vəziyyət həddindən artıq ağırdır, ölkədə böhranın siyasi həllinə dərhal qayıtmaq zəruridir." RİA "Novosti" xəbər verir ki, bu barədə BMT-nin Suriyada araşdırmalar üzrə Müstəqil Komissiyasının çərşənbə axşamı yayılmış bəyanatında deyilir. Sənəddə vurğulanır ki, Müstəqil Komissiya hazırda son günlər döyüşlərin intensivləşdiyi şəhərin şərq hissəsində qərarlaşan dinc əhalinin, o cümlədən 100 min uşağın təhlükəsizliyindən ciddi narahatdır. "Hələbdə mülki əhalininağır həddə düşən vəziyyəti dərhal diqqət və əməli addımlar tələb edir", - bəyanatda bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB