Ermənistanda tibb işçiləri uzun müddətdir ki, əmək haqqı almırlar. SİA xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Ermənistan parlamentindəki hakim Respublika Partiyasının deputatı Xosrov Arutyunanın qardaşına məxsus klinikanın əməkdaşları xeyli müddətdir əmək haqqı almadan çalışırlar.
Problemləri etiraf edən tibb mərkəzinin direktoru bunun ciddi səbəbləri olduğunu əlavə edib.
Qəzet onu da yazıb ki, tibb mərkəzinin bəzi əməkdaşkları maaşlarını almadıqları üçün məhkəməyə müraciət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB