Rusiya və ABŞ Hələbdə ortaq hərbi əməliyyata başlayacaqlar

Rusiya və ABŞ  Hələbdə ortaq hərbi əməliyyata başlayacaqlar

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu "Rossiya 24" telekanalına açıqlamasında diqqətə çatdırıb ki, Rusiya və ABŞ Suriyanın Hələb şəhərində ortaq hərbi əməliyyata başlamağa çox yaxındır. Nazirin sözlərinə görə, ABŞ-Rusiya danışıqları Cenevrə və Əmmanda davam etdirilir: "Amerikalı həmkarlarımızla görüşlərin ən aktiv mərhələsindəyik. Vaşinqtonla həm Cenevrə, həm də Əmmanda danışıqlar aparırıq. Hələbdə vəziyyətin stabilləşməsi və insanların evinə qayıtması üçün əməkdaşlığa addım-addım yaxınlaşırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə