Roma Papası fahişəliyə məcbur edilən qızlardan üzr istədi

Roma Papası fahişəliyə məcbur edilən qızlardan üzr istədi

Roma Papası Fransisk Ukrayna, Albaniya, Rumıniya və Nigeriya kimi ölkələrdən İtaliyaya gətirilərək fahişəliyə məcbur edilən qızlardan üzr istəyib. Məsələ burasındadır ki, Papa həmin qızlarla görüşüb və onlarla söhbət edib. Söhbət zamanı Papa onları bu işə cəlb edənlərin yerinə üzr istəyib və günahlarının bağışlanmasını diləyib. Qeyd edək ki, Papa Fransisk bu ili mərhəmət ili elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə