Gürcüstanda 41 yaşlı ABŞ vətəndaşını bıçaqla öldürdülər

Gürcüstanda  41 yaşlı ABŞ vətəndaşını bıçaqla öldürdülər

Gürcüstan polisi 41 yaşlı ABŞ vətəndaşının qətlində şübhəli bilinən şəxsi saxlayıb. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, 1996-cı il doğumlu şübhəli şəxs söz atışmasından sonra ABŞ vətəndaşına bıçaqla hücum çəkib və ona bir neçə zərbə endirib. Nəticədə amerikalı yerində keçinib. Hüquq-mühafizə orqanlarının əməkdaşları isti izlərlə hadisədən bir neçə saat sonra cinayətkarı saxlayıb. Hazırda Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) üzrə istintaq tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə