Nikita Xruşovun qızı vəfat edib

Nikita Xruşovun qızı vəfat edib

SSRİ-yə rəhbərlik etmiş Nikita Xruşovun qızı Rada Adjubey 87 yaşında xəstəxanada vəfat edib. SİA- nın RİA Novosti agentliyinə istinadən xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib.

R.Adjubey uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

1929-cu ildə Kiyevdə anadan olan Rada jurnalist fəaliyyəti ilə məşğul olub, sovet və Rusiya mətbuatında çalışıb. Demək olar ki, 50 il "Elm və həyat" jurnalında işləyib. Həyat yoldaşı Aleksey Adjubey "İzvestiya" qəzetinin baş redaktoru olub.

Bütün xəbərlər Facebook səhifəmizdə