Rusiya Suriyada daha bir əsgərini itirdi

Rusiya Suriyada daha bir əsgərini itirdi

Suriyada daha bir rusiyalı hərbçi ölüb. Rusiyanın "Lenta.ru" saytının verdiyi xəbərə görə, Suriyada gedən döyüşlərdə həyatını itirən rusiyalı hərbçi Əsgər Bijoyev ölümündən sonra "Cəsarət" medalı ilə təltif edilib. Onun medalı valideynlərinə təqdim olunub. Qeyd edək ki, may ayında Ə. Bijoyevin itkin düşməsi barədə xəbərlər yayılıb. İndiyədək Suriyada 19 rusiyalı hərbçinin öldüyü bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə