Tailandın kurort bölgəsində partlayış oldu, 11 nəfər yaralandı

Tailandın kurort bölgəsində partlayış oldu, 11 nəfər yaralandı

Tailandın Xuaxin kurort bölgəsində baş vermiş iki partlayış nəticəsində 11 nəfər yaralanıb. "BBC"-nin verdiyi xəbərə görə, xəsarət alanların arasında xarici turistlərin olduğu bildirilir. Yaralananların milliyyəti barədə hələlik məlumat verilmir. Bundan əvvəl "Phuket Gazette" nəşri Tailandın cənubundakı Tranq şəhərinin mərkəzi bazarında da partlayışın baş verdiyini bildirib. Hadisə nəticəsində azı 8 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə