Türkiyədə dəhşətli terrorun qarşısı alındı, 1 ton partlayıcı ələ keçirildi

Türkiyədə dəhşətli terrorun qarşısı alındı, 1 ton partlayıcı ələ keçirildi

Türkiyə KİV-lərinin məlumatına görə, ölkənin Bitlis vilayətinin Tatvan rayonunda içərisində 1 ton partlayıcı olan mikroavtobus saxlanılıb. Təhlükəsizlik qüvvələri ələ keçirilən avtomobilin iki saxta nömrə ilə idarə olunduğunu müəyyən ediblər. Terrorçular diqqəti yayındırmaq üçün mikroavtobusun üstündə Türkiyə bayrağını dalğalandırıblar. PKK-ya məxsus mikroavtobusdakı partlayıcı balonların zərərsizləşdirildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə