Erməni sahibkarlar öz bizneslərini Gürcüstana köçürə bilər

Erməni sahibkarlar öz bizneslərini Gürcüstana köçürə bilər

Erməni sahibkarlar öz bizneslərini Gürcüstana köçürə bilər. SİA xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.

Qəzetin məlumatına görə, soy aylar ərzində erməni sahibkarlar Gürcüstan hakimiyyətinin diqqət mərkəzində olub. Belə ki, bu ölkəyə mal ixrac edən sahibkarlar cəzbedici təkliflər alıblar. "İş adamları yüksək səviyyədə - sənaye naziri, nazir müavinləri tərəfindən qəbul edilir, onlarla qapalı görüşlər keçirilir və öz istehsallarını Gürcüstana köçürmək təklif olunur. Sahibkarlara güzəştlər və maneəsiz olaraq öz məhsullarını Avropa İttifaqı ölkələrinə ixracı vəd edilir.

Həmçinin, iklin mərhələdə bir sıra vergi güzəştləri də təklif olunur", qəzet yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə