Putin və Sarkisyan bu gün Moskvada görüşür

Putin və Sarkisyan bu gün Moskvada görüşür

Bu gün Moskvada Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan arasında görüş keçiriləcək.

SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, tərəflər aktuallıq kəsb edən regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

Həmçinin, görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdəki əməkdaşlıq, Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı məsələləri diqqətdə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə