Rusiyaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan maraqlı açıqlamalarla çıxış edib. Türkiyə lideri qeyd edib ki, Fətullahçı terror təşkilatı (FETÖ) və onun arxasında dayanan güclər Türkiyə və Rusiya arasındakı əlaqələrin pozulmasına çalışıblar. "Anadolu" xəbər agentliyinin yaydığı məlumata əsasən, Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk və rus iş adamlarına xitabən deyib ki, terror qruplaşması Türkiyə və Rusiya arasında gərginlik yaratmaq üçün çalışıblar: "Fətullahçı terror təşkilatının və onun arxasında dayanan güclərin ölkələrimiz arasındakı münasibətlərə qəsd etmələri bu gün daha çox anlaşılır" – deyə Ərdoğan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB