Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə görüşmək üçün Sankt-Peterburqa gəlib.
SİA TASS-a istinadən xəbər verir ki, bu, ötən ilin noyabrında Rusiyaya məxsus Su-24 helikopterinin vurulmasından sonra ilk yüksək səviyyəli görüş olacaq.
İki ölkənin liderləri əvvəlcə təkbətək görüşəcək, sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar olacaq.
Prezidentlər mətbuat konfransından sonra Rusiya və Türkiyədən olan biznesmenlərlə görüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB