40 talibançı məhv edilib

Əfqanıstan hərbi hava qüvvələrinin ölkənin qərbində yerləşən Qilmend vilayətində ekstremistlərin mövqelərinə hücumu nəticəsində "Taliban" qruplaşmasının 40 döyüşçüsü məhv edilib. Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Marca və Nava rayonlarının sərhədində məskunlaşmış talibançılara havadan zərbələr endirilib. Nəticədə hərəkatın azı 45 üzvü yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə