ABŞ Dövlət katibinin keçmiş müavini Metyu Brayza "Amerikanın səsi" radiosuna müsahibəsində şok açıqlama ilə çıxış edib. Keçmiş diplomat qeyd edib ki, ABŞ və onun avropalı müttəfiqlərinin Rusiyanın Gürcüstana müdaxiləsinə lazımi cavab verməməsi Kremlin Ukraynanı hərbi işğal etməsinə səbəb oldu. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bu müharibə mənfi nəticələrə səbəb olacaq: "Transatlantika alyansı Rusiyaya mesaj göndərdi ki, onun Gürcüstana müdaxiləsi bağışlanacaq və Rusiya etdiklərinə görə cavab verməyəcək. Məhz bu, Kremlin sonradan Ukraynaya qarşı mübarizədə əl-qolunu açdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB